Türkiyənin dövlət naziri ümummilli lider Heydər Əliyevin məzarını və
Şəhidlər xiyabanını ziyarət etmişdir
Ölkəmizdə səfərdə olan Türkiyənin xarici ticarət üzrə dövlət naziri Zəfər Çağlayanın başçılıq etdiyi nümayəndə heyəti iyulun 28-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşdur.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə tər güllər düzülmüşdür.
Qonaqlar Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər çiçəklər düzmüş, "Əbədi məşəl" abidəsinin önünə əklil qoymuşlar.
Sonra dövlət naziri Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsini yad etmiş, abidə önünə əklil qoymuşdur.
Zəfər Çağlayan Xatirə kitabına ürək sözlərini yazmışdır.
AzərTAc
Azərbaycan.- 2010.- 29
iyul.- S. 2.