Türkiyənin dövlət naziri Azərbaycanda fəaliyyət göstərən türk adamları ilə görüşmüşdür

 

Azərbaycana səfərə gəlmiş Türkiyənin xarici ticarət məsələləri üzrə dövlət naziri Zəfər Çağlayan iyulun 28-də ölkəmizdə fəaliyyət göstərən türk adamları ilə görüşmüşdür.

Görüşdə Z.Çağlayan səfər çərçivəsində keçirdiyi görüşlərin məhsuldar olduğunu diqqətə çatdırmışdır.

Türkiyənin dövlət naziri vurğulamışdır ki, Azərbaycan ilə Türkiyə arasında ticarətin həcmi daha da artırılmalıdır. Hazırda azərbaycanlı adamları Türkiyəyə 3 milyard dollardan çox sərmayə qoymuşlar. Bu rəqəmin bir neçə dəfə artacağı gözlənilir. Türk adamları Azərbaycana 6 milyard dollardan çox sərmayə qoymuşlar.

Türkiyəli nazir iki ölkə arasında qarşılıqlı yatırımlar, qarşılıqlı ticarət inkişaf edərkən Azərbaycan və Türkiyə adamlarının üçüncü ölkələr nəzdində işbirliyinin daha da artırılmasının vacibliyini diqqətə çatdırmışdır.

Sonra türk adamları Azərbaycandakı fəaliyyətləri haqqında məlumat vermiş, təkliflər irəli sürmüşlər.

Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç iştirak etmişdir.

 

 

Azərbaycan.- 2010.- 29 iyul.- S. 2.