Azərbaycan-Türkiyə
arasında əməkdaşlıq İKT sahəsi üzrə
də inkişaf etdirilir
İyulun 28-də rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Türkiyənin xarici ticarət məsələləri üzrə dövlət naziri Zəfər Çağlayanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Əli Abbasov ölkələrimiz arasında informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində də əməkdaşlıq üçün böyük imkanların olduğunu vurğulamış, bu istiqamətdə Türkiyə şirkətlərini maraqlandıracaq milli və beynəlxalq proqramlar barədə ətraflı məlumat vermişdir.
Nazir Azərbaycanda yaradılması nəzərdə tutulan regional innovasiya zonaları, Şərq-Qərb super informasiya magistralı, Azərbaycanın telekommunikasiya peykinin buraxılması layihələrini diqqətə çatdırmışdır.
Zəfər Çağlayan Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş böyük inkişaf proseslərinin bu gün uğurla davam etdirilməsindən məmnunluğunu bildirmişdir.
Qonaq Azərbaycanda informasiya-kommunikasiya sektorunda aparılan islahatları, son dövrlərdə həyata keçirilən layihələri yüksək qiymətləndirmişdir. Z.Çağlayan ölkələrimiz arasında İKT sahəsində işbirliyi qurulması üçün mümkün variantlar barədə də danışmışdır.
Azərbaycan.- 2010.- 29 iyul.- S.
2.