Azərbaycan-Türkiyə iqtisadi əlaqələri möhkəmlənir
Azərbaycana səfərə gəlmiş Türkiyənin xarici ticarət üzrə dövlət naziri Zəfər Çağlayan iyulun 28-də Bakı Biznes Mərkəzində Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevlə görüşmüşdür.
Görüşdə Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə edilmişdir.
Türkiyə nümayəndə heyəti mərkəzdə ölkəmizin sosial, mədəni və digər sahələrdəki inkişafını əks etdirən sərgi ilə tanış olmuşdur. Sərgidə Dövlət Neft Şirkəti, Bakı Metropoliteni, "Azərsu " Açıq Səhmdar Cəmiyyəti, "Azərenerji" Açıq Səhmdar Cəmiyyəti, Naxçıvan Muxtar Respublikası, bir sıra nazirliklər, Heydər Əliyev Fondu tərəfindən yaradılmış portal (www.azerbaijan.az) və digər sahələrlə bağlı guşələr vardır, həmin sahələrin inkişafını əks etdirən fotostendlər və maketlər nümayiş olunur.
Görüşdə Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç iştirak etmişdir.
Azərbaycan.- 2010.- 29
iyul.- S. 2.