İKT sahəsində Azərbaycan-Koreya beynəlxalq seminarı keçirilir

 

İyulun 28-də "Park İNN-Azərbaycan" mehmanxanasında iki günlük Azərbaycan-Koreya beynəlxalq seminarı işə başlamışdır.

Rabitə və İnformasiya Texnologiyaları NazirliyiKoreya Respublikasının Qabaqcıl ElmTexnologiya İnstitutunun təşkilatçılığı ilə keçirilən tədbir "Bölüşmə və əməkdaşlıq üçün qlobal şəbəkələr" mövzusuna həsr edilmişdir.

Açılış mərasimində rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə Koreyanın informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində dünyanın qabaqcıl ölkələrindən biri olduğunu vurğulayaraq bu sahədə əlaqələrin yaradılması və davamlı inkişafı, Koreya təcrübəsinin öyrənilməsi, ixtisaslaşmış kadrların hazırlanması, təcrübə mübadiləsinin aparılması və s. barədə məsələlərin həyata keçirilməsinin Azərbaycanda elmielmi-texniki sahədə yürüdülən siyasətin başlıca məqsədlərindən biri olduğunu bildirmişdir.

Koreyanın Qabaqcıl ElmTexnologiya İnstitutunun prezidenti Nam Pyo Suh videoəlaqə vasitəsilə tədbir iştirakçılarını salamlamış, seminarın gələcək əməkdaşlıq perspektivlərinə müsbət təsir göstərəcəyini qeyd etmişdir.

Koreya Respublikasının Azərbaycandakı səfiri Li Ci-Han ölkədə birgə həyata keçirilən və nəzərdə tutulan layihələr barədə danışmış, bu il Azərbaycan mütəxəssisləri üçün treninq proqramlarının təşkil olunacağını diqqətə çatdırmışdır.

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademiyanın müxbir üzvü, professor Rasim Əliquliyev son illər Azərbaycanla Koreya arasında müxtəlif sahələrdə, o cümlədən də elmi-texniki sahədə əməkdaşlıq əlaqələrinin sürətlə genişləndiyini söyləmişdir. O, informasiya əsrində bu əlaqələrin yeni istiqamətlərinin müəyyənləşdirilməsinin, inkişaf perspektivlərinin təyin edilməsinin mühüm əhəmiyyət kəsb edən məsələlərdən olduğunu xüsusilə vurğulamışdır.

Tədbirdə təhsil, informasiya texnologiyaları üzrə mütəxəssis hazırlığı, elmi tədqiqatlar və digər istiqamətlərdə yeni texnologiyaların tətbiqi üzrə əməkdaşlıq məsələləri müzakirə olunacaq, həmçinin tərəflər birgə layihələr, eləcə də yüksək texnologiyaların müxtəlif fəaliyyət sahələrinə dair fikir mübadiləsi aparacaqlar.

Seminar iyulun 29-da başa çatacaqdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  29 iyul.- S.  3.