Qəbələ II Beynəlxalq Musiqi Festivalında növbəti konsert olmuşdur
Heydər Əliyev Fondunun dəstəyi ilə Qəbələ şəhərində keçirilən II Beynəlxalq Musiqi Festivalı davam edir.
Tədbirin proqramına uyğun olaraq iyulun 28-də kamera musiqisi konserti olmuşdur. Klassik musiqi ifaçısı, əməkdar artist Validə Rəsulovanın, solistlər Fəridə Məmmədova, Səidə Tağızadə və Aleksey Meltixin təmsil etdikləri orkestr Azərbaycan, Avropa və Rusiya bəstəkarlarının əsərlərini ifa etmişlər.
Çıxışlar klassik musiqi həvəskarları tərəfindən maraqla qarşılanmışdır.
İyulun 29-da vokal musiqisi konserti olacaqdır.
İyulun 30-da festivaın təntənəli
açılış mərasimi
keçiriləcək, növbəti
günlərdə isə
əcnəbi musiqiçilərin
konsertləri təşkil
ediləcəkdir.
AzərTAc
Azərbaycan.- 2010.- 29 iyul.- S.
5.