Azərbaycan Prezidenti İlham
Əliyev YUNESKO-nun baş
direktoru xanım İrina
Bokovanı qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
və xanımı Mehriban Əliyeva iyulun 29-da YUNESKO-nun baş direktoru xanım İrina Bokovanı qəbul etmişlər.
YUNESKO-nun baş direktoru xanım İrina
Bokovanı Azərbaycan Prezidentinin
xanımı, YUNESKO-nun xoşməramlı
səfiri Mehriban Əliyeva
qarşılamışdır.
***
Sonra Azərbaycan Prezidenti
İlham Əliyevin və xanımı Mehriban Əliyevanın YUNESKO-nun
baş direktoru
xanım İrina Bokova
ilə görüşü olmuşdur.
Dövlətimizin
başçısı YUNESKO-nun baş direktoru xanım İrina Bokovanın ölkəmizə səfərinin
uğurlu keçəcəyinə ümidvar olduğunu bildirmişdir. Xanım İrina Bokovanın YUNESKO-nun
baş direktoru kimi ilk səfərlərindən
birini ölkəmizə etməsindən məmnunluğunu
bildirən Prezident İlham
Əliyev onu bu
yüksək vəzifəyə seçilməsi münasibətilə
təbrik etmiş və fəaliyyətində
uğurlar arzulamışdır. Son zamanlar həyata keçirilən birgə
işlərə toxunan dövlətimizin
başçısı bu müsbət
meyillərin davam edəcəyinə, Azərbaycan
ilə YUNESKO arasında fəal əməkdaşlığın
bundan sonra daha da genişlənəcəyinə
ümidvar olduğunu bildirmişdir.
Xanım İrina Bokova YUNESKO-nun baş direktoru kimi fəaliyyətinin əvvəlində
ölkəmizə səfər etməsinin önəmini
vurğulamışdır. YUNESKO ilə Azərbaycan
arasında çox yaxşı əməkdaşlığın
olduğunu qeyd edən
İrina Bokova rəhbərlik
etdiyi təşkilatda YUNESKO-nun
xoşməramlı səfiri Mehriban
xanım Əliyevaya hamının çox
böyük hörmətlə
yanaşdığını demişdir.
O, Mehriban xanım Əliyevanın fəaliyyətinin
mədəniyyət, musiqi, adət-ənənə,
irs kimi ən əhəmiyyətli
sahələrin inkişafına verdiyi
töhfəni yüksək qiymətləndirmişdir.
Prezident İlham Əliyev
YUNESKO ilə birgə həyata keçirilən layihələrin
əhəmiyyətinə toxunaraq bu istiqamətdə mühüm
planların olduğunu demişdir.
Dövlətimizin başçısı YUNESKO-nun
baş direktorunun
ölkəmizə səfərinin əməkdaşlığımızın
inkişafına yeni təkan verəcəyinə
ümidvar olduğunu bildirmişdir.
AzərTAc
Azərbaycan.- 2010.- 30 iyul.- S.
3.