Mərakeşin Kralı əlahəzrət
VI Məhəmmədə
Əlahəzrət!
Əziz qardaşım!
Ölkənizin milli bayramı - Taxt-tac günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı Azərbaycan xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.
Əminəm ki, xalqlarımızı birləşdirən ümumi mənəvi dəyərlərdən, dostluq və qardaşlıq hisslərindən qaynaqlanan dövlətlərarası münasibətlərimizin, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığımızın inkişafı yolunda qarşılıqlı səylərimizi bundan sonra da əzmlə davam etdirəcəyik.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Mərakeş xalqına sülh və rifah diləyirəm.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 9 iyul 2010-cu il
Azərbaycan.- 2010.-30
iyul.- S. 1.