Qəbələdə "Qafqaz Riverside" hoteli istifadəyə verilmişdir

 

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Qəbələdə "Qafqaz Riverside" hotelinin açılışında iştirak etmişdir.

Dövlətimizin başçısı açılışı bildirən lenti kəsdi turizm obyekti ilə yaxından tanış oldu.

Məlumat verildi ki, 2008-ci ilin avqustunda inşasına başlanılan beşulduzlu hotel "Gilan Turizm" şirkətinə daxil olan ən böyük layihələrdən biridir. Dövlətimizin başçısı bu ilin fevralında Qəbələyə səfəri zamanı hotelin tikintisi ilə tanış olmuşdur.

Bildirildi ki, 16 hektar ərazidə yerləşən sahəsi 2 min 250 kvadratmetr olan hotel 7 mərtəbəli əsas korpusdan kotteclərdən ibarətdir. Avanqard modern arxitektura üslublarının sintezi əsasında inşa edilən binanın interyerinin tərtibatında xaricdə hazırlanmış mebel aksessuarlardan istifadə olunmuşdur. Burada 96-sı "Superior", 12-si "Junior suit", 6-sı "Deluks suit", 4-ü "Dubleks suit" 5-i "Kral suit" olmaqla, cəmi 123 nömrə vardır. Nömrələrdə qonaqların istirahətinin yüksək səviyyədə təmin edilməsi üçün hər cür şərait yaradılmışdır. Bütün otaqlar rəqəmli seyf, minibar, havalandırma sistemləri, peyk televiziya antenası, beynəlxalq telefon xətti, kabelsiz internetlə təchiz edilmişdir.

Diqqətə çatdırıldı ki, hotelin ərazisində yüksək standartlara cavab verən 38 kottec inşa olunmuşdur. Ailəvi istirahət üçün ideal şəraitə malik olan kotteclərdə amerikan mətbəxi qonaqların ixtiyarına verilmişdir. Hotelin qonaqları gün ərzində otaq xidməti, faks-kseroks, örtülü avtodayanacaq, camaşırxana, ticarət mərkəzi, avtobus, tibbi yardım xidmətlərindən faydalana bilərlər. Burada 300 nəfərlik yeməkxana sifarişlə işləyən 150 nəfərlik restoran fəaliyyət göstərir.

Restoranda qonaqlar Azərbaycan dünya mətbəxinin ləziz təamlarını dada bilərlər. Hoteldə zəngin menyu təqdim edən bir neçə bar da vardır. Açıq havada xoş saatlar keçirmək istəyənlər üçün 70 nəfərlik bağça yaradılmışdır. Bundan əlavə, zəngin çeşiddə şirniyyat guşəsi qonaqların xidmətindədir. Konfrans, iclas, seminar, təqdimat mərasimlərinin keçirilməsi üçün burada 25 nəfərlik iki 150 nəfərlik bir iclas zalları vardır. Hoteldə sağlamlıq mərkəzi, sauna, türk hamamı, açıq örtülü hovuz, idman zalı da yaradılmışdır. Qonaqlar asudə vaxtlarını bilyard stolüstü oyun zallarında səmərəli keçirə bilərlər. Uşaqlar da unudulmamışlar, onların əylənməsi üçün oyun meydançası inşa olunmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  30 iyul.- S.  2.