Şəhidlərin xatirəsinə ehtiram

 

 Azərbaycanda səfərdə olan YUNESKO-nun baş direktoru xanım İrina Bokova iyulun 29-da Şəhidlər xiyabanına gələrək Azərbaycanın azadlığı suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramını bildirmiş, "Əbədi məşəl" abidəsi önünə əklil qoymuşdur.

YUNESKO-nun baş direktoruna Şəhidlər xiyabanının tarixi paytaxtımızda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilmişdir.

İrina Bokova Azərbaycan paytaxtının mənzərəsini seyr etmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 30 iyul.- S.  2.