Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və YUNESKO-nun baş direktoru xanım İrina Bokova Beynəlxalq Muğam Mərkəzində olmuş, Xalça Muzeyi binasının eskizi ilə maraqlanmışlar

 

 Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nunİSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva və ölkəmizə səfərə gələn YUNESKO-nun baş direktoru xanım İrina Bokova iyulun 29-da Beynəlxalq Muğam Mərkəzi ilə tanış olmuşlar.

Mehriban xanım Əliyevaya və xanım İrina Bokovaya gül dəstələri təqdim olundu.

YUNESKO-nun baş direktoruna dənizkənarı Milli Parkda yerləşən Mərkəz haqqında ətraflı məlumat verildi. Bildirildi ki, Heydər Əliyev Fondunun milli mənəvi dəyərlərimizin qorunması və dünyada geniş təbliği ilə bağlı reallaşdırdığı layihələr sırasında xüsusi əhəmiyyəti olan bu Mərkəzin inşası Fondun prezidenti, YUNESKO-nunİSESKO-nun xoşməramlı səfiri, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilmişdir. 2005-ci ilin avqustunda Prezident İlham Əliyevin və ölkəmizin birinci xanımı Mehriban Əliyevanın, YUNESKO-nun sabiq baş direktoru Koişiro Matsuuranın iştirakı ilə təməli qoyulmuş Beynəlxalq Muğam Mərkəzi ümumi sahəsi 7,5 min kvadratmetr olan üçmərtəbəli binadan ibarətdir. Binanın forması Azərbaycanın qədim musiqi alətlərindən olan tarın hissələrini xatırladır. Azərbaycan muğamının bəşər mədəniyyətinin nadir inciləri ilə bir sırada YUNESKO-nun dünya qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi onun nə dərəcədə bənzərsiz sənət növü olduğunu bir daha təsdiqləyir.

 Mərkəz ilə yaxından tanış olan qonaq burada Azərbaycanın görkəmli muğam ifaçılarının büstlərinə baxdı və ona milli musiqi alətləri barədə ətraflı məlumat verildi.

Xanım İrina BokovaMehriban xanım Əliyeva gənc xanəndələrin ifasında Azərbaycanın muğam, təsnif və xalq mahnılarını dinlədilər.

 

***

 

Sonra Mehriban xanım Əliyeva xanım İrina Bokova Dənizkənarı Milli Parkın ərazisində Azərbaycan Xalçası Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi binasının inşa olunduğu əraziyə gəldilər. Mehriban xanım Əliyeva İrina Bokova muzeyin maketi ilə tanış oldular, binanın layihəsinə baxdılar.

Mədəniyyət turizm naziri Əbülfəs Qarayev tikinti işləri barədə məlumat verdi.

Heydər Əliyev Fondu, Mədəniyyət Turizm Nazirliyi YUNESKO-nun birgə layihəsi əsasında inşa olunan muzey binası, ilk növbədə, milli memarlıq ənənələrinə görə fərqlənəcəkdir.

Bildirildi ki, çox qeyri-adi bir forma - "bükülmüş xalça" muzeyin memarlıq quruluşunun əsasında dayanmaqla binanın orijinallığını təşkil edəcəkdir. Binanın inşasında məhz bu tikili üçün hazırlanan xüsusi avadanlıqdan istifadə olunur. Muzeyin ətrafında geniş yaşıllaşdırma işləri aparılacaqdır.

Binanın birinci mərtəbəsində qədim xalça digər məişət əşyalarının yaşını müəyyən etmək üçün laboratoriya, xalçaların bərpası otaqları, ikinci mərtəbədə mərasimlər audiovizual təqdimatlar salonu, xalça toxunan otaq, üçüncü mərtəbədə isə açıq bağlı sərgi salonları olacaqdır. Eksponatların saxlanması üçün xüsusi yerlər, mərkəzi anbar da fəaliyyət göstərəcəkdir. Muzeydə 200 nəfər çalışacaqdır.

Qonağa "Venesiya şəhərciyi" adlanan ərazidə inşa olunacaq Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin eskiz layihəsi göstərildi. Bildirildi ki, eskizin üst görünüşündə Azərbaycanın dövlət himninin notları əks olunmuşdur. Qeyd edildi ki, işçi layihəni bu ilin sonunadək başa çatdırmaq, gələn il isə inşaat işlərinə başlamaq nəzərdə tutulmuşdur. Muzey binasının inşası başa çatdıqdan sonra Milli Parkın bu ərazisi Beynəlxalq Muğam Mərkəzi Azərbaycan Xalçası Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi ilə birgə "mədəniyyət üçbucağı"na çevriləcəkdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 30 iyul.- S.  3.