YUNESKO-nun baş direktoru İrina Bokova: "Azərbaycan mədəniyyətlərarası dialoqa nümunədir"

 

Ölkəmizdə səfərdə olan YUNESKO-nun baş direktoru xanım İrina Bokova iyulun 29-da YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının üzvləri ilə görüşmüşdür.

Komissiyanın sədri, xarici işlər naziri Elmar Məmmədyarov YUNESKO-nun baş direktorunu bu yüksək vəzifəyə seçilməsi münasibətilə görüşün iştirakçıları adından təbrik etmişona fəaliyyətində uğurlar arzulamışdır.

Azərbaycanda YUNESKO ilə birgə həyata keçirilən layihələrin əhəmiyyətindən danışan E.Məmmədyarov bu mötəbər təşkilat ilə ölkəmiz arasında əməkdaşlığın inkişafında Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nunİSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xidmətlərini xüsusi vurğulamışdır.

Bildirilmişdir ki, məhz bu uğurlu əməkdaşlığın sayəsində mədəni irsin mühafizəsi istiqamətində bir neçə mühüm layihə həyata keçirilmişdir.

Komissiyanın üzvü, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev demişdir ki, YUNESKO-nun baş direktorunun ölkəmizə səfəri Azərbaycan ilə təşkilat arasında əlaqələrin inkişafına yeni təkan verəcəkdir. Nazir bildirmişdir ki, gələn ilin aprelində Bakıda mədəniyyətlərarası dialoq üzrə yüksək səviyyəli forum keçiriləcəkdir.

YUNESKO da bu forumun keçirilməsini dəstəkləyir.

Azərbaycanın ilk dəfə olaraq YUNESKO-nun qeyri-maddi irs komitəsinə üzv seçildiyini vurğulayan Ə.Qarayev, bunun ölkəmiz ilə təşkilat arasında əməkdaşlıqda yeni mərhələnin açdığını demişdir.

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, gənclər və idman naziri Azad Rəhimov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti Nailə Vəlixanlı, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov təmsil etdikləri qurumların YUNESKO ilə əməkdaşlığının müxtəlif istiqamətlərindən danışmışlar.

Ölkəmizin mədəniyyətlərarası dialoqa nümunə olduğunu vurğulayan YUNESKO-nun baş direktoru İrina Bokova demişdir ki, son illər dinamik inkişaf edən Azərbaycan maddiqeyri-maddi mədəni irsin qorunmasını əsas prioritet istiqamətlərdən biri kimi elan etmişdir.

Azərbaycanın YUNESKO-nun bütün orqanları və bölmələri ilə sıx əməkdaşlığından məmnunluğunu bildirən İ.Bokova rəsmi Bakının mədəni irs nümunələrinin YUNESKO-nun siyahısına daxil edilməsi üçün göstərilən səyləri yüksək qiymətləndirmiş, ölkəmizin təşkilatın bir çox konvensiyasına qoşulduğunu xatırlatmışdır.

Ölkəmiz ilə rəhbərlik etdiyi təşkilat arasındakı əməkdaşlığı yüksək qiymətləndirən İ.Bokova Azərbaycanın mədəni irsinin təbliğ olunmasında, inkişafında Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nunİSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xidmətlərindən danışmışdır. Baş direktor vurğulamışdır ki, birgə fəaliyyətin nəticəsində mədəni irsin qorunması istiqamətində mühüm uğurlar əldə olunmuşdur.

İ.Bokova bildirmişdir ki, cari ilin noyabrında Keniyada YUNESKO-nun qeyri-maddi irs üzrə komitəsinin iclası keçiriləcəkdir. İclasda Azərbaycan xalçasının qeyri-maddi irs siyahısına daxil edilməsi ilə bağlı Azərbaycan hökumətinin təklifi də müzakirə olunacaqdır: "Ümid edirəm ki, Azərbaycan xalçası da bu siyahıya daxil ediləcəkdir. Çünki ekspertlər sizin hökumətinizin təklifinə çox müsbət yanaşırlar".

YUNESKO-nun baş direktoru mədəni irsin qorunması məsələsində tutduğu fəal mövqeyə görə Azərbaycana minnətdarlığını bildirmişdir.

Görüşdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, Azərbaycanın YUNESKO yanındakı daimi nümayəndəliyinin rəhbəri, səfir Eleonora Hüseynova, YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva və başqaları iştirak etmişlər.

Sonda xatirə şəkli çəkdirilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 30 iyul.- S.  3.