Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Azərbaycanın Respublika Günü münasibətilə icazə verin, Çin Xalq Respublikasının hökuməti xalqı adından, şəxsən öz adımdan Zati-alilərinizə Sizin şəxsinizdə dost Azərbaycan xalqına səmimi təbriklərimi ən xoş arzularımı çatdırım.

Zati-alilərinizin rəhbərliyi ilə son illərdə Azərbaycanda siyasi sabitlik qorunub saxlanır, iqtisadiyyat sürətlə inkişaf edir. Xalqın həyat səviyyəsi durmadan yüksəlir, dövlətin gücü artır. Sizin səmimi dostlarınız mehriban tərəfdaşlarınız kimi biz buna ürəkdən sevinir ölkənizin xalqına böyük uğurlar diləyirik.

Ölkələrimiz arasında diplomatik münasibətlər yaradılandan sonrakı 18 ildə Çin-Azərbaycan münasibətləri sağlam sabit şəkildə inkişaf edir. Qarşılıqlı siyasi etimad möhkəmlənir, qarşılıqlı faydalı ticari-iqtisadi əməkdaşlıq genişlənir, mədəni əlaqələr mübadilələr sürətlənir. Biz ümdə maraqlarımızla bağlı mühüm məsələlərdə bir-birimizi dəstəkləyir bir-birimizə kömək edirik. Uzunmüddətli sabit Çin-Azərbaycan dostluq münasibətlərinin inkişaf etməsi həqiqətən ölkələrimizin xalqlarımızın xeyrinə olmuşdur. Biz dostluq tərəfdaşlıq münasibətlərini daim yeni səviyyəyə çatdırmaq üçün Zati-alilərinizlə birlikdə səy göstərməyə hazırıq.

Ölkənizə tərəqqi qüdrət, xalqınıza firavanlıq səadət arzulayıram.

Zati-alilərinizə möhkəm cansağlığı diləyir ən xoş arzularımı bildirirəm.

Dərin hörmətlə,

 

 

Hu SZİNTAO,

Çin Xalq Respublikasının Sədri

 

Azərbaycan.- 2010.- 1 iyun- S.  1.