Azərbaycan Respublikasının
Prezidenti zati-aliləri
cənab İlham Əliyevə
Cənab Prezident!
Ölkənizin milli bayramı münasibətilə Sizə, eləcə də bütün Azərbaycan xalqına ən səmimi hisslərlə xoşbəxtlik, rifah və uğurlar arzulayıram.
Azərbaycan ilə Fransa arasında qurulmuş sıx münasibətlərdən məmnunluq duyur, bu münasibətlərin genişlənməsini və müxtəlif sahələri əhatə etməsini səmimi qəlbdən alqışlayıram. Ötən ilin dekabr ayında Sizinlə Parisdə keçirdiyimiz səmimi görüşdən sonra ölkənizə həyata keçirmək niyyətində olduğum səfər nəticəsində əməkdaşlığımızın bütün sahələrdə möhkəmləndirilməsini birgə davam etdirməyə ümidvaram.
Eyni zamanda, bu fürsətdən istifadə edərək, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar əsasında ədalətli və uzunmüddətli nizamlanmasına yönəlmiş proseslərin uğurla nəticələnəcəyinə ən səmimi arzularımı bir daha ifadə edirəm. Bu istiqamətdə irəliləmək məqsədilə Fransa Minsk qrupunun həmsədri qismində Sizin yanınızdadır və bunda sonra da olacaqdır.
Cənab Prezident, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Nikola SARKOZİ,
Fransa Respublikasının Prezidenti
Azərbaycan.- 2010.- 1 iyun- S.
1.