Azərbaycan Respublikasının
Prezidenti zati-aliləri
cənab İlham Əliyevə
Hörmətli cənab Prezident!
Azərbaycan Respublikasının milli bayramı - Respublika Günü münasibətilə Cənabınızı, dost dövlətinizi və xalqınızı səmimi qəlbdən təbrik edirəm. Ümidvaram ki, İran İslam Respublikası və Azərbaycan Respublikasının dövlət rəsmilərinin birgə səyləri ilə bütün dünyada sülhün, sabitliyin və ədalətin bərqərar olmasının, zülmün və zorakılığın aradan qaldırılmasının, iki ölkə arasında ikitərəfli və beynəlxalq səviyyəli əlaqələrin dərinləşməsinin şahidi olacağıq.
Uca Allahın dərgahından Cənabınıza möhkəm cansağlığı və müvəffəqiyyətlər, Azərbaycan Respublikasının dost dövləti və xalqına başucalığı və xoşbəxtlik diləyirəm.
Mahmud ƏHMƏDİNEJAD,
İran İslam Respublikasının Prezidenti
Azərbaycan.- 2010.- 1 iyun- S.
1.