Azərbaycan Respublikasının
Prezidenti zati-aliləri
cənab İlham Əliyevə
Zati-aliləri!
Milli bayramınız münasibətilə İtaliya xalqı adından və şəxsən öz adımdan ən səmimi arzuları ifadə edərək Azərbaycan xalqına sülh və əmin-amanlıq diləməkdən məmnunam.
Son aylar ərzində siyasi səviyyədə keçirilmiş yekun görüşlərin müsbət nəticəsindən göründüyü kimi, İtaliya ilə Azərbaycan arasında əməkdaşlıq daha da genişlənmişdir. Sıx əməkdaşlığımız sayəsində aramızda möhkəm dostluq əlaqələri, ümumi dəyərlər, qarşılıqlı iqtisadi maraqlar formalaşmışdır.
İkitərəfli münasibətlərin daha da inkişaf etməsini, eləcə də ölkənizin Avropa İttifaqı ilə əlaqələrinin daha geniş vüsət almasını arzulayaraq, şəxsən Sizə və xalqınıza səmimi qəlbdən rifah diləyirəm.
Ciorcio NAPOLİTANO,
İtaliya Respublikasının Prezidenti
Azərbaycan.- 2010.- 1 iyun- S.
2.