Azərbaycan Respublikasının
Prezidenti zati-aliləri
cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu!
Milli bayramınız - Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsinin 92-ci ildönümü münasibətilə səmimi təbriklərimi qəbul edin.
Bu əlamətdar gün Azərbaycan tarixinə əbədi daxil olmuş, Azərbaycan xalqının həyatında yeni dövrün təməlini qoymuş və onun milli dirçəlişə, mənəvi azadlığa, iqtisadi tərəqqiyə, mədəni yüksəlişə yönəlmiş çoxəsrlik istəklərini möhkəmlətmişdir.
Dövlətlərimiz arasında dostluğun və əməkdaşlığın inkişafına Sizin şəxsi töhfənizi yüksək qiymətləndirərək əmin olduğumu bildirmək istəyirəm ki, Ukrayna ilə Azərbaycan arasında qarşılıqlı etimad və dəstək prinsiplərinə əsaslanan münasibətlər bundan sonra da strateji tərəfdaşlıq ruhunda inkişaf edəcəkdir.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar, dost Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və firavanlıq arzulayıram.
Ukraynanın Azərbaycan ilə strateji tərəfdaşlıq münasibətlərini dərinləşdirmək əzmini təsdiqləyərək ümid edirəm ki, dövlətlərimizin gələcək qarşılıqlı fəaliyyətinin perspektivlərini Sizinlə ən yaxın vaxtlarda müzakirə etməyə imkanım olacaqdır. Bununla əlaqədar, Sizin üçün münasib vaxtda Sizi Kiyevə səfərə dəvət edirəm.
Hörmətlə,
Viktor YANUKOVİÇ,
Ukraynanın Prezidenti
Azərbaycan.- 2010.-1 iyun- S.
2.