Azərbaycan Respublikasının
Prezidenti zati-aliləri
cənab İlham Əliyevə
Hörmətli cənab Prezident!
Sizi ölkənizin milli bayramı - Respublika Günü münasibətilə öz adımdan və bolqar xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Bu xoş fürsətdən istifadə edərək Sizə bildirirəm ki, Bolqarıstan Respublikası ilə Azərbaycan Respublikası arasında yüksək səviyyədə olan siyasi dialoq gələcəkdə də davam edəcək və iki dost ölkə arasında əməkdaşlıq ruhunda daha da inkişaf etdiriləcəkdir.
Əminəm ki, Bolqarıstan-Azərbaycan əlaqələrində fəal və səmərəli ikitərəfli əməkdaşlıq bundan sonra da iki xalqın rifahı, regional təhlükəsizliyin möhkəmlənməsi və Ümumavropa birliyinin gələcəyi naminə davam etdiriləcəkdir.
Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və müvəffəqiyyət arzulayır, bir daha öz yüksək ehtiramımı bildirirəm.
Georgi PIRVANOV,
Bolqarıstan Respublikasının Prezidenti
Azərbaycan.- 2010.- 1
iyun- S. 2.