Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli Prezident İlham Əliyev!

Azərbaycan Respublikasının milli günü münasibətilə Serbiya Respublikasının vətəndaşları adından şəxsən öz adımdan səmimi təbriklərimi çatdırmaq istəyir, ən xoş arzularla ölkənizə inkişaf, vətəndaşlarınıza isə rifah diləyirəm.

Fürsətdən istifadə edərək, Azərbaycan Respublikasına bu yaxınlarda etdiyim rəsmi səfər zamanı mənə məni müşayiət edən nümayəndə heyətinə göstərilmiş səmimi qonaqpərvərliyə görə minnətdarlığımı bildirmək istəyirəm. Əminəm ki, ölkələrimiz arasında münasibətlər gələcəkdə inkişaf edəcək səfərim çərçivəsində çoxsaylı razılaşmalar timsalında əməkdaşlığımızın bütün formaları daha da güclənəcəkdir.

Cənab Prezident, ən dərin hörmət ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

 

 

Boris TADİÇ,

Serbiya Respublikasının Prezidenti

 

Azərbaycan.- 2010.-  1 iyun- S.  2.