Azərbaycan Respublikasının
Prezidenti zati-aliləri
cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu!
Milli bayramınız - Respublika Günü münasibətilə Dağıstan xalqı adından və şəxsən öz adımdan Sizə və bütün Azərbaycan xalqına səmimi təbriklərimi çatdırıram. Dağıstan ilə Azərbaycanı tarixən yaranmış, xalqlarımızın ortaq tarixi talelərinə və qarşılıqlı etimada, mədəni və sosial-iqtisadi əlaqələrin zəngin təcrübəsinə əsaslanan möhkəm dostluq və mehriban qonşuluq ənənələri bağlayır.
Əminəm ki, Dağıstan-Azərbaycan dostluğunun və əməkdaşlığının möhkəmlənməsi naminə səylərimizi bundan sonra da artıracağıq.
Hörmətli İlham Heydər oğlu, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işinizdə uğurlar, qardaş Azərbaycan xalqına firavanlıq və əmin-amanlıq arzulayıram.
Hörmətlə,
Maqomedsalam MAQOMEDOV,
Rusiya Federasiyası
Dağıstan Respublikasının
Prezidenti
Azərbaycan.- 2010.- 1 iyun- S.
2.