Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri, çox hörmətli İlham Heydər oğlu!

Sizi bütün Azərbaycan xalqını Azərbaycan dövlətçiliyinin bərpa edilməsi günü münasibətilə ürəkdən təbrik edirəm.

Milli həmrəylik, azadlıq birlik idealları respublikanın həyatının qurulmasının əsasını təşkil etmişdir. Ölkəniz öz gələcəyini tarixin sınaqlarından çıxmış cəmiyyətin formalaşması prinsiplərinin möhkəm təməli üzərində qurmaqla bərabər, Avropa dövlətləri üçün oriyentir olan mədəni-siyasi dəyərlərdən fəal istifadə edir.

Azərbaycan xalqının yaddaşında əcdadların zəngin mənəvi təcrübəsi mədəni adətləri iz qoymuşdur. Sevindirici haldır ki, ölkə rəhbərliyi müxtəlif dinlərin davamçılarının dinc yanaşı yaşaması sahəsində çoxəsrlik ənənələri müdrikliklə qoruyub saxlayır. Bir ay bundan əvvəl dini liderlərin dünya sammitində Sizin fəal iştirakınız buna parlaq sübut oldu. Bu sammitin uğurlu işi çox cəhətdən respublika hökuməti tərəfindən dəstəyin nəticəsi idi.

Sizə yaxınlarınıza səmimi qəlbdən cansağlığı uğurlar, Azərbaycan xalqına isə sülh, əmin-amanlıq firavanlıq arzulayıram.

Dərin hörmətlə,

 

 

Kirill,

Moskvanın Bütün Rusiyanın Patriarxı

 

Azərbaycan.- 2010.- 1 iyun- S.  2.