Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Çox hörmətli İlham Heydər oğlu!

Milli bayramınız - Azərbaycan Respublikası Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

Dövlətçiliyin bərpa edilməsi sayəsində Azərbaycan iqtisadi, sosial mədəni inkişafda çox sanballı nəticələr əldə etməyə, dünya birliyinin hörmətini Müstəqil Dövlətlər Birliyində haqlı nüfuz qazanmağa nail olmuşdur.

İnanıram ki, Azərbaycan Respublikasının MDB iştirakçısı olan dövlətlərin çoxşaxəli qarşılıqlı fəaliyyətinin daha da genişləndirilməsi iqtisadi, elmi-texniki, sosial yönümlü bir sıra ümumdövlət proqramlarının həllinə imkan yaradacaqdır.

MDB çərçivəsində inteqrasiyanın inkişafı məsələlərinin həllində qarşılıqlı anlaşmaya Sizin dəstəyinizə ümid bəslədiyimi bildirirəm.

Çox hörmətli İlham Heydər oğlu, bu bayram günündə Sizə möhkəm cansağlığı firavanlıq, bütün Azərbaycan xalqına sülh tərəqqi diləyirəm.

Dərin hörmətlə,

 

 

Sergey LEBEDEV,

MDB İcraiyyə Komitəsinin sədri - icraçı katib

 

Azərbaycan.- 2010.- 1 iyun- S.  2.