ABŞ-ın Kaliforniya ştatının qubernatoru
28 May - Respublika Günü münasibətilə
Azərbaycan xalqını
təbrik etmişdir
ABŞ-ın Kaliforniya ştatının qubernatoru Arnold Şvartsenegger 28 May - Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik etmişdir.
Təbrikdə deyilir: "Azərbaycanın Respublika Gününü qeyd edənləri salamlayırıq. Kaliforniya müxtəlif adət-ənənələrin və mədəniyyətlərin gözəl nəticələrlə qaynayıb-qarışdığı bir yerdir. Biz Azərbaycan əsilli amerikalı sakinlərimizin bizim "qızıl ştat"ımıza verdikləri töhfələri yüksək qiymətləndiririk".
Arnold Şvartsenegger daha sonra məktubunda qeyd etmişdir ki, amerikalı azərbaycanlılar ştatın ictimai həyatını və mədəniyyətini zənginləşdirirlər.
Qubernator Respublika Gününü azərbaycanlılarla birlikdə şərəf hissi ilə qeyd etdiklərini bildirmiş və bütün kaliforniyalılar adından azərbaycanlılara uğurlar arzulamışdır.
AzərTAc
Azərbaycan.- 2010.- 1 iyun- S.
2.