Hindistan Respublikasının
Prezidenti zati-aliləri
xanım Pratibha Devisinqh Patilə
Hörmətli xanım
Prezident!
Ölkənizdə baş vermiş dəmir yolu qəzası nəticəsində
çoxsaylı insan tələfatı barədə
xəbəri kədər
hissi ilə qarşıladım.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə, bütün
Hindistan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı
verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 29 may 2010-cu il
Azərbaycan.- 2010.- 1 iyun.- S. 1.