Pakistan İslam Respublikasının Prezidenti
zati-aliləri cənab
Asif Əli Zərdariyə
Hörmətli cənab
Prezident!
Lahor şəhərində
törədilmiş terror aktları nəticəsində
çoxsaylı insan tələfatı xəbəri bizi
olduqca sarsıtdı.
Biz bu dəhşətli
hadisədən son dərəcə hiddətlənir,
terrorizmin bütün təzahürlərini qətiyyətlə
pisləyirik.
Baş vermiş bu faciə
ilə əlaqədar dərdinizə şərik
çıxır, Sizə, həlak olanların ailələrinə
və yaxın adamlarına, bütün Pakistan xalqına
şəxsən öz adımdan və Azərbaycan xalqı
adından dərin hüznlə başsağlığı
verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 29 may 2010-cu il
Azərbaycan.- 2010.- 1 iyun.- S. 1.