Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-IIQ saylı Qanunu ilə təsdiq edilmişŞəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

 

Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-IIQ saylı Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, ¹8, maddə 697, ¹12, maddə 1085) ilə təsdiq edilmişŞəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nın II siyahısınınDərman preparatlarının beynəlxalq adısütununda aşağıdakı dəyişikliklər edilsin:

25-ci bənddəEtilamfetaminsözüEtilamfetamin-N-etilamfetaminsözləri ilə əvəz edilsin;

48-ci bənddəKatinsözüKatin (+) - Norpsevdoefedrinsözləri ilə əvəz edilsin;

95-ci bənddəSipeprolsözüZipeprolsözü ilə əvəz edilsin.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 aprel 2010-cu il.

 

Azərbaycan.- 2010.- 1 iyun- S.  1.