"Azərbaycan
Respublikasının 2005-ci il
28 iyun tarixli 961-IIQ saylı qanunu ilə təsdiq edilmiş "Şəxsin
cinayət məsuliyyətinə
cəlb edilməsi üçün kifayət
edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları"nda dəyişikliklər edilməsi haqqında"
Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
"Azərbaycan
Respublikasının 2005-ci il
28 iyun tarixli 961-IIQ saylı qanunu ilə təsdiq edilmiş "Şəxsin
cinayət məsuliyyətinə
cəlb edilməsi üçün kifayət
edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları"nda dəyişikliklər
edilməsi haqqında"
Azərbaycan Respublikasının
2010-cu il 20 aprel tarixli 994-IIIQD nömrəli
qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin qanunun tətbiq edilməsini təmin etmək məqsədilə
qərara alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə
tapşırılsın ki, iki ay müddətində:
1.1. qüvvədə olan
qanunvericilik aktlarının "Azərbaycan
Respublikasının 2005-ci il 28 iyun tarixli 961-IIQ saylı qanunu
ilə təsdiq edilmiş "Şəxsin cinayət məsuliyyətinə
cəlb edilməsi üçün kifayət edən narkotik
vasitələrin və psixotrop maddələrin miqdarına,
habelə onların külli miqdarına görə
siyahıları"nda dəyişikliklər edilməsi
haqqında" Azərbaycan Respublikasının 2010-cu il 20
aprel tarixli 994-IIIQD nömrəli qanununa
uyğunlaşdırılması barədə təkliflərini
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
1.2. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının həmin qanuna
uyğunlaşdırılmasını təmin etsin və bu
barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.3. öz
səlahiyyətləri daxilində həmin qanundan irəli gələn
digər məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
24 may 2010-cu il
Azərbaycan.- 2010.-1
iyun- S. 1.