Azərbaycanın müdafiə naziri ABŞ-ın müdafiə katibi köməkçisinin müavini ilə görüşmüşdür

 

Mayın 31-də Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ-ın müdafiə katibi köməkçisinin müavini xanım Seleste Vollander ilə görüşmüşdür.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, ABŞ-ın Minsk qrupunun həmsədri kimi fəaliyyətini gücləndirməsinin vacibliyini önə çəkən müdafiə naziri regionda təhlükəsizlik məsələləri, Dağlıq Qarabağ münaqişəsinin mövcud vəziyyəti barədə fikirlərini qonağın diqqətinə çatdırmışdır.

Görüş zamanı ABŞ-Azərbaycan hərbi əməkdaşlığının inkişaf prioritetləri geniş müzakirə mövzusu olmuşdur.

 

 

Azərbaycan.- 2010.- 1 iyun- S.  4.