Azərbaycan Diplomatik Akademiyasının Xarici siyasət proqramı məzunlarının buraxılış
mərasimi keçirilmişdir
Azərbaycan Diplomatik Akademiyasından (ADA) bildirmişlər ki, mayın 27-də akademiyanın Xarici siyasət proqramı məzunlarının təntənəli buraxılış mərasimi keçirilmişdir.
Xarici işlər naziri Elmar Məmmədyarovun, dövlət və özəl qurumların təmsilçilərinin, xarici ölkə səfirlərinin iştirak etdiyi tədbirdə xarici işlər nazirinin müavini ADA-nın rektoru Hafiz Paşayev iştirakçıları 28 May - Respublika Günü münasibətilə təbrik etmişdir.
Nazir E.Məmmədyarov qeyd etmişdir ki, yeni nəsil diplomatların hazırlanması Azərbaycanın milli maraqlarının xaricdə daha peşəkarcasına müdafiə olunmasına təminat verəcəkdir. Xarici siyasət proqramı diplomatlar və dövlət qulluqçuları üçün 6 aylıq təlim kursudur. Proqram zamanı iştirakçılar beynəlxalq münasibətlər və beynəlxalq hüquq, ictimai diplomatiya, konsulluq xidməti, beynəlxalq iqtisadiyyat və s. sahələr üzrə mühazirələr dinləmiş, danışıq aparma və debat qabiliyyətlərini inkişaf etdirmişlər. Tələbələrdən 14 nəfəri bir ay ərzində İspaniya, ABS, İngiltərə, Avstriya, Almaniya və Çexiyada fəaliyyət göstərən Azərbaycan səfirliklərində təcrübə keçəcəklər.
Mərasimin sonunda Xarici siyasət proqramı tələbələrinin
hazırladıqları və
Azərbaycanı təbliğ
edən qısametrajlı
sənədli filmlər
nümayiş etdirilmiş
və tələbələrə
buraxılış sertifikatları
təqdim olunmuşdur.
Son 4 ildə dövlət strukturlarının
120-yə yaxın əməkdaşı
ADA-nın Xarici siyasət proqramının
iştirakçısı olmuşdur.
Azərbaycan.- 2010.- 1
iyun- S. 6.