ABŞ Azərbaycanın beynəlxalq antiterror əməliyyatlarına verdiyi töhfəsini yüksək qiymətləndirir

 

Mayın 31-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan ABŞ-ın müdafiə nazirinin Rusiya, Ukrayna Avrasiya üzrə köməkçisinin müavini xanım Selest Uolander ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyindən AzərTAc-a bildirmişlər ki, S.Uolander Azərbaycanın beynəlxalq antiterror əməliyyatlarına verdiyi töhfəsinin, habelə Əfqanıstanda sülhün sabitliyin təmin olunması istiqamətində dəstəyinin ABŞ tərəfindən yüksək qiymətləndirildiyini vurğulamış bu əməkdaşlığın genişləndirilməsinin vacibliyini bildirmişdir.

E.Məmmədyarov Azərbaycanın ABŞ ilə müxtəlif sahələrdə sıx əməkdaşlıq etdiyini qeyd etmişdir. Nazir ölkəmizin Əfqanıstanda yalnız təhlükəsizlik sahəsinə deyil, həmçinin, humanitar, təhsil əhalinin normal şəraitdə yaşamasına zəmin yaradan digər sahələrdə töhfə verdiyini bildirmişdir. Görüşdə birgə maraq doğuran ikitərəfli, regional qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 

 

Azərbaycan.- 2010.- 1 iyun- S.  6.