"Azərbaycan
qadını" jurnalının
üçüncü nömrəsi
işıq üzü
görmüşdür
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında "Azərbaycan qadını" jurnalının üçüncü nömrəsinin təqdimatı olmuşdur.
Prezident Administrasiyası humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadənin baş redaktorluğu ilə yenidən təşəkkül tapan jurnalın üçüncü nömrəsi də maraqlı materiallarla zəngindir. Burada Azərbaycanın ictimai, siyasi və mədəni həyatında fəallıqları ilə sayılıb seçilən qadınlarımız haqqında məqalələr yer almışdır. Yenilənən jurnalın bir-birindən dolğun rubrikaları - "Hadisələr", "Sələf", "Zirvədəkilər" və digər bölmələrdəki məzmunlu məqalələr oxucular üçün böyük maraq doğurur. Jurnalın hər bir nömrəsi əsl bayram hesab olunur və müxtəlif aksiyalarla yadda qalır.
Jurnalın üçüncü nömrəsinin təqdimatında, həmçinin qadın bəstəkarların birgə konserti təşkil olunmuşdur. Konsertdə tanınmış qadın bəstəkarları Sevda İbrahimova, Kəmalə Əlizadə, Nərgiz Şəfiyeva, Elnarə Dadaşova və digərlərinin əsərləri səslənmişdir. Konsert əməkdar incəsənət xadimi Teymur Göyçayevin dirijorluğu ilə Qara Qarayev adına Kamera Orkestrinin ifasında təqdim olunmuşdur.
AzərTAc
Azərbaycan.- 2010.- 1
iyun- S. 6.