Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident!

Ölkənizin Respublika Günü - 28 May münasibətilə Amerika xalqı adından Sizi Azərbaycan vətəndaşlarını təbrik edirəm.

Qlobal hədələrə qarşı mübarizənin aparılması, regional sabitliyin gücləndirilməsi ümumi təhlükəsizlik problemlərinin aradan qaldırılmasında ölkələrimiz arasındakı tərəfdaşlıqdan qürur hissi duyuram. Əməkdaşlıq üçün yeni imkanları inkişaf etdirdiyimiz bir anda gələn aylar illər ərzində həmin tərəfdaşlığın dərinləşməsini səmimiyyətlə arzulayıram. Birləşmiş Ştatlar Azərbaycan hökuməti xalqı ilə möhkəm münasibətləri yüksək dəyərləndirir həm öz regionunda, həm dünyada sabitliyə töhfə verən çiçəklənən demokratik dövlət kimi Azərbaycanın suverenliyi inkişafına sadiq olaraq qalır.

Milli bayramınız münasibətilə Sizə Azərbaycan xalqına ən xoş arzularımı çatdırıram.

Səmimiyyətlə,

 

 

Barak OBAMA,

Amerika Birləşmiş Ştatlarının Prezidenti

 

25 may 2010-cu il

 

Azərbaycan.- 2010.- 2 iyun- S.  1.