Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri!

İcazə verin, Azərbaycanın dövlət bayramı - Respublika Günü münasibətilə ən səmimi xoş təbriklərimi Sizə bütün qardaş Azərbaycan xalqına çatdırım.

Bu cür bayram əhval-ruhiyyəsində mən məmnunluqla qeyd edirəm ki, dərin tarixi mədəni tellərlə bağlı olan Gürcüstan Azərbaycan Respublikası arasında dostluq mehriban qonşuluq münasibətləri mövcuddur.

Bundan əlavə, mən fərəh hissi ilə bildirirəm ki, hazırda dövlətlərimiz arasındakı münasibətlər strateji tərəfdaşlığa qarşılıqlı maraq doğuran müxtəlif sahələrdə ikitərəfli faydalı əməkdaşlığa əsaslanır.

Bunları nəzərə alaraq, icazə verin, dövlətlərimiz arasında təşəkkül tapmış siyasi iqtisadi əməkdaşlığın səviyyəsini bir daha alqışlayım ümidvar olduğumu bildirim ki, ikitərəfli münasibətlərimiz bütün sahələri ümumi maraq doğuran aspektləri əhatə etmək məqsədilə bundan sonra da genişlənəcəkdir.

Əminəm ki, Gürcüstan ilə Azərbaycan Respublikası arasındakı strateji əlaqələr sıx əməkdaşlıq xalqlarımızın qarşılıqlı rifahı, eləcə regionumuzda sülh, sabitlik əmin-amanlıq naminə dinamik məhsuldar şəkildə inkişaf edəcəkdir.

Zati-aliləri, icazə verin ən yüksək hörmət ehtiramımı bildirim Sizə cansağlığı, bütün işlərinizdə yeni müvəffəqiyyətlər arzulayaraq, bir daha öz səmimi təbriklərimi çatdırım.

Səmimiyyətlə Sizin,

 

 

Mixeil SAAKAŞVİLİ,

Gürcüstanın Prezidenti

28 may 2010-cu il

 

Azərbaycan.- 2010.- 2 iyun- S.  1.