İtaliya Respublikasının Prezidenti zati-aliləri cənab Ciorcio Napolitanoya

 

Hörmətli cənab Prezident!

Milli bayramınız - Respublika Günü münasibətilə Sizi bütün xalqınızı öz adımdan Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu gün Azərbaycan-İtaliya dövlətlərarası münasibətləri müvəffəqiyyətlə inkişaf etməkdədir. Əminəm ki, dostluq əlaqələrimizin möhkəmləndirilməsi, istər ikitərəfli qaydada, istərsə beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığımızın genişləndirilməsi yolunda qarşılıqlı səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost İtaliya xalqına əmin-amanlıq firavanlıq diləyirəm.

Hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 24 may 2010-cu il

 

Azərbaycan.- 2010.- 2 iyun- S.  3.