Azərbaycan Respublikasının
Prezidenti zati-aliləri
cənab İlham Əliyevə
Hörmətli cənab Prezident!
Azərbaycanın milli bayramı - 28 May Respublika Günü münasibətilə Əfqanıstan İslam Respublikasının xalqı adından Zati-alinizə və dost Azərbaycan xalqına ən xoş və səmimi təbriklərimi çatdırmaqdan çox məmnunam.
Xoş niyyətin, qarşılıqlı hörmətin və birgə səylərin rəmzi olan Əfqanıstan ilə Azərbaycan arasında mövcud dost əlaqələrinin getdikcə genişləndirilməsindən və müxtəlif sahələrdə daha da möhkəmlənməsindən məmnunluq duyuram.
Digər dost xalqlarla yanaşı, dost Azərbaycanın silahlı qüvvələrinin burada olduqlarına, sülhün qorunmasında və beynəlxalq terrorizmlə mübarizədə bizi dəstəklədiklərinə görə minnətdarlığımızı bildirmək istərdim.
Əminəm ki, ölkələrimiz arasında mövcud olan əlaqələr xalqlarımızın və ölkələrimizin mənafeyi naminə gələcəkdə daha da inkişaf etdiriləcək və möhkəmləndiriləcəkdir.
Zati-alinizə möhkəm cansağlığı, Azərbaycan xalqına rifah və inkişaf arzu edirəm.
Həmid KƏRZAİ,
Əfqanıstan İslam Respublikasının
Prezidenti
Azərbaycan.- 2010.- 2 iyun- S.
3.