Azərbaycan Respublikasının
Prezidenti zati-aliləri
cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu!
Respublika Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin!
Rusiya Azərbaycan ilə qarşılıqlı hörmətə, etimada və anlaşmaya, çoxəsrlik qonşuluğa, ümumi maraqlara və keçmişin xatirəsinə, geniş perspektivlərə əsaslanan əməkdaşlığı yüksək qiymətləndirir. Ölkələrimizin münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə və əməkdaşlığın səmərəli olacağına əminəm. Qoy öz milli ənənələrini müqəddəs dəyərlər kimi qoruyub saxlayan gözəl, qədim və zəngin Azərbaycan torpağı həmişə xoşbəxt, dinc və firavan olsun.
Sizin gözəl ölkənizin daha da inkişaf etməsini və çiçəklənməsini, Sizə isə dövlətinizin rifahı naminə bütün təşəbbüslərinizdə böyük uğurlar, möhkəm cansağlığı və firavanlıq diləyirəm!
Svetlana ORLOVA,
Rusiya Federasiyası
Federal Məclisinin
Federasiya Şurasının sədr müavini
Azərbaycan.- 2010.- 2 iyun- S.
3.