Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli İlham Heydər oğlu!

Rusiyanın İTAR-TASS informasiya-teleqraf agentliyinin jurnalistləri Sizi Sizin şəxsinizdə bütün Azərbaycan xalqını milli bayramınız - Respublika Günü münasibətilə ürəkdən təbrik edirlər. Bu gün müstəqil Azərbaycan beynəlxalq aləmdə dünyanın aparıcı dövlətləri arasında getdikcə daha layiqli hörmətli yer tutur. Ölkənin möhtəşəm iqtisadi inkişafı, yüksək mənəvi əxlaqi ab-havanın qorunub saxlanması, mədəniyyətin, elmin, təhsilin dəstəklənməsi Sizin - quruculuq enerjisi aşıb-daşan, öz işini peşəkar səviyyədə bilən, nəzərdə tutulan planların həyata keçirilməsinə ardıcıl əzmlə nail olan bir insanın böyük şəxsi xidmətləridir. Biz bilirik ki, Siz Heydər Əliyevin xatirəsinə, onun ideallarına ehtiram əlaməti olaraq bu dahi insanın bütün həyatını həsr etdiyi işə - Azərbaycan xalqının xoşbəxtliyinin firavanlığının qayğısına qalmağa xidmət edirsiniz. Azərbaycanın başlıca sərvəti onun insanlarıdır. Həmişə hər iki tərəfə xeyir vermiş, bizim dostluq münasibətlərimizi möhkəmləndirmiş işgüzar yoldaşcasına əməkdaşlığa görə Sizə, çoxsaylı həmkarlarımıza, mütəxəssislərə müxtəlif ranqlı rəhbərlərə səmimi minnətdarlığımızı bildiririk. Sizə respublikanın bütün sakinlərinə əmin-amanlıq, xoşbəxtlik, firavanlıq diləyirik.

Hörmətlə,

 

 

Vitali İQNATENKO,

İTAR-TASS agentliyinin baş direktoru,

 

Mixail QUSMAN,

İTAR-TASS agentliyi baş direktorunun birinci müavini

 

Azərbaycan.- 2010.-  2 iyun.- S.  3.