Uşaqlar arasında keçirilən rəsm müsabiqəsinə yekun vurulmuşdur

 

Uşaqların Beynəlxalq Müdafiə Günü münasibətilə Vergilər Nazirliyinin təşəbbüsü Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının dəstəyi ilə "Uşaq dünyası" qalereyasında "Vergilər uşaqların gözü ilə" adlı növbəti - 8-ci rəsm müsabiqəsi keçirilmişdir. Müsabiqədə 200-dən artıq rəsm nümayiş etdirilmişdir.

Tədbirin açılış mərasimində çıxış edən Vergilər nazirliyinin idarə rəisi Elçin Məmmədov ildən-ilə rəsm işlərinin sayının artmasından, daha maraqlı işlərin təqdim edilməsindən məmnunluğunu ifadə etmişdir. O bildirmişdir ki, belə rəsm müsabiqələri uşaqların dövlətçilik haqqında anlayışlarının genişlənməsinə, büdcə vergilər haqqında biliklərinin artmasına imkan yaradır. Bu rəsmlərdə formalaşan kiçik təsəvvürlər gələcək üçün böyük təməl yaradır cəmiyyətin mühüm bir zümrəsi olan gənc nəsildə vergi mədəniyyətinin vergi biliklərinin formalaşmasına xidmət edir.

Məlumat üçün bildirək ki, müsabiqələrdə iştirak etmiş rəsm əsərləri nəfis albom şəklində nəşr edilir Vergilər nazirliyinin qatıldığı sərgi tədbirlərdə nümayiş olunur. Bu rəsmlərin bir çoxu həmçinin Vergilər nazirliyinin inzibati binasının divarlarını bəzəyir.

Bu dəfə müsabiqədə qalib gələn rəsm əsərlərinin balaca müəllifləri mükafatlandırılmışdır. Münsiflər heyəti həmçinin asfalt üzərində çəkilən rəsmlərin qaliblərini hekayə müəlliflərinin adlarını açıqlamış onlara diplomlar təqdim etmişdir.

 

 

Azərbaycan.- 2010.- 2 iyun- S.  8.