2010-cu il aprelin 9-da Bakı şəhərində imzalanmış
"Azərbaycan Respublikası
Xarici İşlər
Nazirliyi və Vyetnam Sosialist Respublikası Xarici İşlər Nazirliyi arasında Əməkdaşlıq
Protokolu"nun təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
1. 2010-cu il aprelin 9-da Bakı şəhərində
imzalanmış "Azərbaycan
Respublikası Xarici İşlər Nazirliyi və Vyetnam Sosialist Respublikası Xarici İşlər Nazirliyi arasında Əməkdaşlıq Protokolu"
təsdiq edilsin.
2. Azərbaycan
Respublikasının Xarici
İşlər Nazirliyinə
tapşırılsın ki,
bu sərəncamın
1-ci bəndində göstərilən
Protokolun həyata keçirilməsini təmin
etsin.
3. Azərbaycan
Respublikasının Xarici
İşlər Nazirliyinə
tapşırılsın ki,
bu sərəncamın
1-ci bəndində göstərilən
Protokolun qüvvəyə
minməsi üçün
zəruri olan dövlətdaxili prosedurların
yerinə yetirilməsi
barədə Vyetnam Sosialist Respublikası tərəfini xəbərdar
etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
24 may 2010-cu il
Azərbaycan.- 2010.- 3 iyun.- S. 1.