2010-cu il
aprelin 14-də Moskva şəhərində imzalanmış
"Azərbaycan Respublikası
Müdafiə Nazirliyi
və Tacikistan Respublikası Müdafiə
Nazirliyi arasında Tacikistan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının
Azərbaycan Respublikası
Müdafiə Nazirliyinin
ali hərbi təhsil müəssisələrində
təhsil alması haqqında Saziş"in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
1. 2010-cu il aprelin 14-də Moskva şəhərində
imzalanmış "Azərbaycan
Respublikası Müdafiə
Nazirliyi və Tacikistan Respublikası Müdafiə Nazirliyi arasında Tacikistan Respublikası Müdafiə
Nazirliyinin hərbi qulluqçularının Azərbaycan
Respublikası Müdafiə
Nazirliyinin ali hərbi təhsil müəssisələrində təhsil alması haqqında Saziş" təsdiq edilsin.
2. Azərbaycan
Respublikasının Müdafiə
Nazirliyinə tapşırılsın
ki, bu sərəncamın
1-ci bəndində göstərilən
Sazişin həyata keçirilməsini təmin
etsin.
3. Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyinə
tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində
göstərilən Sazişin qüvvəyə minməsi
üçün zəruri olan dövlətdaxili
prosedurların yerinə yetirilməsi barədə Tacikistan
Respublikası tərəfini xəbərdar etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
24 may 2010-cu il
Azərbaycan.- 2010.- 3 iyun.- S. 1.