Azərbaycan Respublikasının
Prezidenti zati-aliləri
cənab İlham Əliyevə
Zati-aliləri!
Azərbaycan Respublikasının milli bayramı münasibətilə Makedoniya Respublikası adından və öz adımdan Sizə və ölkənizin xalqına ən xoş arzularla rifah və əmin-amanlıq diləyir, ən səmimi təbrikləri çatdırmaqdan xüsusi şərəf duyuram.
Zati-aliləri, bu rəsmi fürsətdən istifadə edərək, tam əmin olduğumu bildirirəm ki, biz birgə səylərlə həm ikitərəfli, həm çoxtərəfli səviyyədə ümumi maraq doğuran bütün sahələrdə Makedoniya Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq münasibətlərinin və əməkdaşlığın daha da inkişaf etməsinə töhfə verə bilərik.
Zati-aliləri, Sizə cansağlığı və işlərinizdə uğurlar diləyir, ən səmimi təbrikləri çatdırır, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Gyorge İVANOV,
Makedoniya Respublikasının Prezidenti
Azərbaycan.- 2010.- 3 iyun- S.
1.