Azərbaycan Respublikasının Ailə Məcəlləsinə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər əlavələr edilməsi haqqında Azərbaycan Respublikasinin Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

 

I. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹ 3, I kitab, maddə 126; 2002-ci il, ¹ 12, maddə 702; 2004-cü il, ¹ 7, maddə 505; 2006-cı il, ¹ 2, maddə 66, ¹ 11, maddə 923, ¹ 12, maddələr 1005, 1006; 2007-ci il, ¹ 1, maddə 4, ¹ 8, maddə 745, ¹ 11, maddə 1053, ¹ 12, maddə 1218; 2008-ci il, ¹ 7, maddə 602; Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 924-IIIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər əlavələr edilsin:

 

1. 166.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

“166.2. Doğumun qeydə alınması üçün valideynlər ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti yaxud başqa şəxslər müvafiq icra hakimiyyəti orqanına müraciət edir.”.

2. Aşağıdakı məzmunda 166.3-cü 166.4-cü maddələr əlavə edilsin, 166.3-cü maddə müvafiq olaraq 166.5-ci maddə hesab edilsin:

“166.3. Doğum haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanına, müvafiq icra hakimiyyəti orqanı tərəfindən isə məlumat informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə ötürülür.

166.4. Doğum haqqında məlumatın müvafiq icra hakimiyyəti orqanına dərhal ötürülməməsinə ya düzgün olmayan məlumatın ötürülməsinə görə tibb müəssisəsi, həmin məlumatın məlumat informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə ötürülməməsinə ya düzgün olmayan məlumatın ötürülməsinə görə müvafiq icra hakimiyyəti orqanı, habelə üzrlü səbəblər olmadan doğumun qeydə alınması üçün bu Məcəllənin 167-ci maddəsində nəzərdə tutulmuş müddətdə müraciət olunmamasına görə uşağın valideynləri qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.”.

3. 167-ci maddədə “ən geci 3 ay” sözləri “ən geci 1 ay” sözləri ilə əvəz edilsin.

II. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹ 8, I kitab, maddə 584; ¹ 12, maddə 835; 2001-ci il, ¹ 1, maddə 24, ¹ 3, maddə 139, ¹ 7, maddə 455, ¹ 11, maddələr 680, 698, ¹ 12, maddə 731; 2002-ci il, ¹ 1, maddə 9, ¹ 4, I kitab, maddə 165, ¹ 5, maddələr 234, 237, 239, ¹ 6, maddə 326, ¹ 8, maddə 463, ¹ 12, maddə 692; 2003-cü il, ¹ 1, maddələr 3, 13, 23, ¹ 4, maddələr 177, 178, ¹ 5, maddə 228, ¹ 6, maddələr 257, 276, 279, ¹ 8, maddələr 407, 425, ¹ 12, I kitab, maddələr 676, 696, II kitab, maddələr 713, 714; 2004-cü il, ¹ 1, maddələr 6, 7, 10, 13, ¹ 4, maddələr 200, 201, 204, ¹ 5, maddələr 313, 314, 317, 321, ¹ 6, maddə 397, ¹ 8, maddələr 596, 597, ¹ 10, maddələr 762, 779, ¹ 11, maddə 900, ¹ 12, maddə 973; 2005-ci il, ¹ 1, maddələr 5, 6, ¹ 2, maddə 61, ¹ 4, maddələr 272, 273, 275, 278, ¹ 6, maddələr 462, 466, ¹ 7, maddə 576, ¹ 8, maddələr 691, 692, ¹ 10, maddələr 875, 877, 904, ¹ 11, maddələr 993, 994, 995, ¹ 12, maddələr 1083, 1085; 2006-cı il, ¹ 2, maddələr 64, 68, ¹ 3, maddələr 219, 220, 223, 225, ¹ 5, maddə 385, ¹ 6, maddə 478, ¹ 11, maddələr 923, 924, 932, ¹ 12, maddələr 1005, 1020, 1024; 2007-ci il, ¹ 1, maddələr 3, 4, ¹ 2, maddələr 65, 68, ¹ 5, maddələr 397, 398, 401, 440, ¹ 6, maddələr 560, 561, 562, 579, ¹ 8, maddə 757, ¹ 10, maddələr 935, 936, 938, 940, ¹ 11, maddələr 1048, 1049, 1053, 1070, 1077, 1080, 1089, 1091, ¹ 12, maddələr 1195, 1211, 1217, 1218, 1221; 2008-ci il, ¹ 2, maddə 47, ¹ 3, maddələr 146, 152, 159, ¹ 4, maddə 249, ¹ 5, maddə 340, ¹6, maddələr 454, 460, 461, 464, ¹7, maddələr 601, 602, 605, ¹8, maddələr 699, 701, ¹ 10, maddələr 884, 885, ¹ 11, maddələr 956, 957, ¹ 12, maddələr 1045, 1047, 1049; 2009-cu il, ¹ 2, maddələr 36, 45, 49, 52, 53, ¹ 5, maddələr 309, 315, ¹ 6, maddələr 404, 405, ¹ 7, maddələr 517, 518, 519, ¹ 8, maddə 611, ¹ 12, maddələr 953, 954, 966, Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 924-IIIQD, 929-IIIQD 15 dekabr tarixli 931-IIIQD nömrəli qanunları) aşağıdakı əlavələr edilsin:

1. Aşağıdakı məzmunda 326-4-cü maddə əlavə edilsin:

“Maddə 326-4. Doğumun qeydə alınması qaydasının pozulması

326-4.1. Tibb müəssisəsi tərəfindən doğum haqqında məlumatın müvafiq icra hakimiyyəti orqanına dərhal ötürülməməsinə ya düzgün olmayan məlumatın ötürülməsinə görə –

vəzifəli şəxslər yüz manatdan üç yüz manatadək miqdarda cərimə edilir.

326-4.2. Doğum haqqında məlumatın müvafiq icra hakimiyyəti orqanı tərəfindən müvafiq informasiya sisteminə ötürülməməsinə ya düzgün olmayan məlumatın ötürülməsinə görə –

vəzifəli şəxslər yüz manatdan üç yüz manatadək miqdarda cərimə edilir.

326-4.3. Üzrlü səbəblər olmadan valideynlər tərəfindən doğumun qeydə alınması üçün qanunvericiliklə müəyyən edilmiş müddətdə müraciət olunmamasına görə –

xəbərdarlıq edilir ya on manat miqdarında cərimə edilir.”.

2. 360.1-ci maddədə “326-3,” rəqəmindən sonra “326-4.1, 326-4.2,” rəqəmləri əlavə edilsin.

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 aprel 2010-cu il.

 

Azərbaycan.- 2010.- 3 iyun- S.  2.