“Azərbaycan Respublikasının
Ailə Məcəlləsinə
və Azərbaycan Respublikasının İnzibati
Xətalar Məcəlləsinə
dəyişikliklər və
əlavələr edilməsi
haqqında” Azərbaycan
Respublikasının 2010-cu il
20 aprel tarixli 992-IIIQD nömrəli Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
“Azərbaycan
Respublikasının Ailə Məcəlləsinə və Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsinə
dəyişikliklər və əlavələr edilməsi
haqqında” Azərbaycan Respublikasının 2010-cu il 20 aprel
tarixli 992-IIIQD nömrəli Qanununun qüvvəyə minməsi
ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin
etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə
tapşırılsın ki, iki ay müddətində:
1.1. qüvvədə olan
qanunvericilik aktlarının “Azərbaycan Respublikasının
Ailə Məcəlləsinə və Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsinə
dəyişikliklər və əlavələr edilməsi
haqqında” Azərbaycan Respublikasının 2010-cu il 20 aprel
tarixli 992-IIIQD nömrəli Qanununa
uyğunlaşdırılması barədə təkliflərini
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
1.2. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının həmin Qanuna uyğunlaşdırılmasını
təmin etsin və bu barədə Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
1.3. öz səlahiyyətləri
daxilində “Azərbaycan Respublikasının Ailə Məcəlləsinə
və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə
dəyişikliklər və əlavələr edilməsi
haqqında” Azərbaycan Respublikasının 2010-cu il 20 aprel
tarixli 992-IIIQD nömrəli Qanunundan irəli gələn digər
məsələləri həll etsin.
2. “Azərbaycan
Respublikasının Ailə Məcəlləsinin təsdiq
edilməsi, qüvvəyə minməsi və bununla
bağlı hüquqi tənzimləmə məsələləri
haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi
barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6
mart tarixli 297 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹3, I kitab, maddə
164; 2002-ci il, ¹7, maddə 412, ¹8, maddə 478, ¹12, maddə 716;
2003-cü il, ¹6, maddə 290; 2004-cü il, ¹7, maddə 526;
2006-cı il, ¹12, maddə 1034; 2007-ci il, ¹3, maddə 226) 2-ci bəndinə
aşağıdakı əlavələr və dəyişiklik
edilsin:
2.1. dördüncü
abzasa “163.2,” rəqəmindən sonra “166.3
(üçüncü halda), 166.4 (ikinci halda),” sözləri əlavə
edilsin;
2.2. altıncı abzasda
“və 159.2-ci” rəqəmi “,159.2 və 166.2-ci” rəqəmləri
ilə əvəz edilsin;
2.3.
aşağıdakı məzmunda on dördüncü abzas əlavə
edilsin:
“həmin Məcəllənin
166.3 (birinci və ikinci halda) və 166.4-cü (birinci və
üçüncü halda) maddələrində nəzərdə
tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata
keçirir.”.
3. “Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi və bununla
bağlı hüquqi tənzimləmə məsələləri
haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi
barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29
avqust tarixli 389 nömrəli Fərmanına (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹8, III kitab,
maddə 612; 2001-ci il, ¹7, maddə 462, ¹10, maddə 640, ¹12, maddə
755; 2002-ci il, ¹1, maddə 49, ¹5, maddələr 260, 275, ¹8, maddələr
478, 484, 486; 2003-cü il, ¹6, maddə 299, ¹8, maddə 434, ¹9,
maddə 478, ¹10, maddələr 546, 547, 560, 571, 582; 2004-cü
il, ¹1, maddələr 19, 26, ¹3, maddələr 138, 141, ¹4, maddə
235, ¹5, maddələr 340, 341, 343, 345, 346, ¹8, maddələr
607, 608, ¹11, maddə 909, ¹12, maddə 1005; 2005-ci il, ¹2, maddələr
67, 69, ¹4, maddələr 299, 303, ¹8, maddə 702, ¹9, maddələr
801, 802, ¹12, maddə 1101; 2006-cı il, ¹2, maddə 83, ¹4, maddələr
321, 322, ¹5, maddə 407, ¹7, maddə 590, ¹8, maddələr 662,
663, 674, 675, 679, ¹9, maddə 743, ¹11, maddələr 942, 945;
2007-ci il, ¹1, maddə 11, ¹2, maddə 87, ¹3, maddə 230, ¹7, maddə
715, ¹8, maddələr 767, 769, ¹11, maddələr 1110, 1116, 1120,
¹12, maddə 1227; 2008-ci il, ¹1, maddə 7, ¹3, maddə 186, ¹6,
maddələr 504, 507, ¹7, maddə 617, ¹8, maddə 713, ¹9, maddə
798, ¹10, maddə 894, ¹11, maddələr 969, 971, 980, ¹12, maddələr
1060, 1061, 1062, 1065; 2009-cu il, ¹3, maddə 163; 2009-cu il, ¹4, maddə
226, ¹5, maddə 330; ¹7, maddələr 532, 535, 539, 540, 542)
aşağıdakı əlavələr edilsin:
3.1. 2.4-cü bənddə
“67-ci” rəqəmindən sonra “, 326-4.1-ci, 326-4.2-ci” rəqəmləri
əlavə edilsin;
3.2.
aşağıdakı məzmunda 3.66-cı bənd əlavə
edilsin:
“3.66. həmin Məcəllənin
326-4.3-cü maddəsində nəzərdə tutulmuş
inzibati xətalar haqqında işlərə Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi baxır.”.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
24 may 2010-cu il.
Azərbaycan.-2010.- 3 iyun.-
S.2.