Alkoqollu içkilər, etil (yeyinti) spirti tütün məmulatı istehsalının, saxlanmasının, idxalının satışının tənzimlənməsi haqqındaAzərbaycan Respublikası Prezidentinin 1996-cı il 20 dekabr tarixli 527 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

“Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2009-cu il 30 sentyabr tarixli 883-IIIQD nömrəli Qanununa uyğun olaraq qərara alıram:

 

1. “Alkoqollu içkilər, etil (yeyinti) spirti və tütün məmulatı istehsalının, saxlanmasının, idxalının və satışının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 20 dekabr tarixli 527 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, ¹ 2, maddə 74; 2001-ci il, ¹ 10, maddə 640; 2003-cü il, ¹ 10, maddə 585; 2009-cu il, ¹ 2, maddə 72, ¹ 3, maddə 163) 4-cü bəndindən “idxalının yuxarı həddini” sözləri çıxarılsın və həmin bənddə “müəyyən etsin” sözləri “müəyyən etmək məqsədi ilə təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin” sözləri ilə əvəz edilsin.

 

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 may 2010-cu il.

 

Azərbaycan.- 2010.-  3 iyun.- S.  2.