“Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsinə, “Fitosanitar
nəzarəti haqqında”
Azərbaycan Respublikasının
Qanununa və “Atçılıq haqqında”
Azərbaycan Respublikasının
Qanununa dəyişikliklər
və əlavə edilməsi barədə” Azərbaycan Respublikasının
Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi Fərmanlarına dəyişikliklər və
əlavələr edilməsi
haqqında Azərbaycan
Respublikası Prezidentinin
Fərmanı
“Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsinə,
“Fitosanitar nəzarəti haqqında” Azərbaycan
Respublikasının Qanununa və “Atçılıq
haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər
və əlavə edilməsi barədə” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq qərara alıram:
1. “Fitosanitar nəzarəti
haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi
barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı
il 2 avqust tarixli 441 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹8, maddə
667; 2007-ci il, ¹6, maddə 613) 2.6-cı bəndinin sonunda
nöqtə işarəsi nöqtəli vergül işarəsi
ilə əvəz edilsin və aşağıdakı məzmunda
2.7-ci bənd əlavə edilsin:
“2.7. həmin Qanunun
10.0.6-cı maddəsində nəzərdə tutulmuş
“müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini
Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata
keçirir.”.
2. “Atçılıq
haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi
barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22
may tarixli 580 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹5, maddə
462) 2.2-ci bəndinə “10.1-ci” rəqəmindən sonra
“(birinci halda)” sözləri əlavə edilsin, həmin bəndin
sonunda nöqtə işarəsi nöqtəli vergül
işarəsi ilə əvəz edilsin və
aşağıdakı məzmunda 2.3-cü bənd əlavə
edilsin:
“2.3. həmin Qanunun 10.1-ci
maddəsində (ikinci halda) nəzərdə tutulmuş
“müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini
Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata
keçirir.”.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
24 may 2010-cu il.
Azərbaycan.- 2010.- 3 iyun.- S. 2.