Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 1373 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin "Heydər Əliyev " Beynəlxalq Aeroportunda, Gəncə Naxçıvan beynəlxalq hava limanlarında Yevlax hava limanında Rəsmi nümayəndə heyətləri (VİP) salonunun xidmətlərindən istifadə hüququ olan vəzifəli şəxslərin Siyahısı"na əlavə edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 1373 nömrəli sərəncamın (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, ¹10, maddə 612; 2007-ci il, ¹9, maddə 867, ¹10, maddə 996; 2008-ci il, ¹8, maddə 717, ¹9, maddə 797; 2009-cu il, ¹2, maddə 78; ¹ 7, maddə 580)  ilə təsdiq edilmiş “Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin "Heydər Əliyev " Beynəlxalq Aeroportunda, Gəncə Naxçıvan beynəlxalq hava limanlarında və Yevlax hava limanında Rəsmi nümayəndə heyətləri (VİP) salonunun xidmətlərindən istifadə hüququ olan vəzifəli şəxslərin Siyahısı"nın on dördüncü abzasına “Azərbaycan Milli ElmlərAkademiyasının prezidenti” sözlərindən sonra”, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru” sözləri əlavə edilsin.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri 24 may 2010-ci il

 

Azərbaycan.- 2010.- 3 iyun- S.  2.