Azərbaycan-Belarus əməkdaşlığı yeni mərhələyə qədəm qoyur

 

Bakıda ticari-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Belarus hökumətlərarası komissiyanın VI iclası keçirilmişdir

 

İyunun 2-də Nazirlər Kabinetində ticari-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Belarus hökumətlərarası komissiyanın VI iclası keçirilmişdir.

İclasda komissiyanın ötən il mayın 5-də Belarusun paytaxtı Minskdə keçirilmiş V iclasının Protokolunda nəzərdə tutulmuş məsələlərin həlli, iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin mövcud vəziyyəti inkişaf perspektivləri geniş müzakirə olunmuşdur.

Belarusun Azərbaycanın strateji tərəfdaşı olduğunu, iclasın dost ölkənin dövlət başçısı Aleksandr Lukaşenkonun ölkəmizə rəsmi səfəri ərəfəsinə təsadüf etdiyini xatırladan Baş nazirin birinci müavini, ticari-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Belarus hökumətlərarası komissiyanın həmsədri Yaqub Eyyubov son zamanlar respublikamızın iqtisadiyyatında əldə olunan uğurlar barədə məlumat vermişdir. Böyük iqtisadi potensiala malik respublikamızın sürətlə inkişaf etdiyini deyən Baş nazirin birinci müavini Azərbaycan ilə Belarus arasında mədəniyyət humanitar sahələrlə yanaşı, ticarət iqtisadi əməkdaşlıq istiqamətində ildən-ilə irəliləyişlərin nəzərə çarpdığını söyləmişdir. Y.Eyyubov 2009-cu ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin əvvəlki illə müqayisədə 1,5 dəfə artdığını xüsusi qeyd etmişdir.

Baş nazirin birinci müavini ölkələrimizin qarşılıqlı əlaqələrinin inkişafında prezidentlər İlham Əliyev Aleksandr Lukaşenko arasında möhkəm dostluq münasibətlərinin böyük rolu olduğunu diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ötən il Belarusa rəsmi səfərindən sonra ölkələrimiz arasında iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən 800 milyon ABŞ dolları həcmində müqavilə kontraktlar imzalanaraq icrasına başlanılmışdır. Bildirilmişdir ki, ölkələrimiz arasında ticari-iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensial mövcuddur bu imkandan səmərəli istifadə etməklə əməkdaşlığı yeni inkişaf səviyyəsinə çatdırmaq mümkündür.

Belarusun Baş nazirinin müavini, ticari-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Belarus hökumətlərarası komissiyanın həmsədri Andrey Kobyakov ölkələrimiz arasında yüksək səviyyədə siyasi dialoqun qurulduğunu söyləyərək ikitərəfli ticari-iqtisadi əlaqələrin dinamik inkişaf etdiyini bildirmişdir. Azərbaycan Belarus sahibkarlarının iki ölkənin iqtisadi-ticarət münasibətlərinin inkişafındakı rolunu yüksək qiymətləndirən Andrey Kobyakov bu amilin ölkələrimiz arasında ticarət dövriyyəsinin ildən-ilə yüksələn xətt üzrə inkişafına müsbət təsir göstərdiyini diqqətə çatdırmışdır. Qonaq adamları arasında qarşılıqlı əlaqələrin daha da gücləndirilməsinin əhəmiyyətini vurğulamışdır.

A.Kobyakov demişdir ki, ölkələrimiz ticari-iqtisadi münasibətləri daha fəal inkişaf etdirə bilərlər, çünki iqtisadiyyatlarımız bir-birini qarşılıqlı surətdə tamamlayır, aramızda rəqabət ziddiyyətləri yoxdur.

İclasda ticari-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Belarus hökumətlərarası komissiyanın 5-ci iclasının Protokolunda nəzərdə tutulan məsələlərin yerinə yetirilməsi vəziyyəti geniş müzakirə olunmuş, perspektiv planlar müəyyənləşdirilmişdir.

İclasda Gəncə Avtomobil Zavodu Minsk Avtomobil Zavodu arasında Almaniyanın "Haller" şirkətinin iştirakı ilə kommunal texnikanın yeni modellərinin quraşdırılmasına dair Memorandum imzalanmışdır.

Sonda hökumətlərarası komissiyanın VI iclasının iqtisadi əlaqələrimizin geniş spektrini əhatə edən bir sıra məsələləri nəzərdə tutan Protokolu imzalanmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 3 iyun- S.  3.