Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana rəsmi səfərə gəlmişdir

 

İyunun 2-də Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana rəsmi səfərə gəlmişdir.

Azərbaycanın Belarusun dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev adına Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Belarus dövlətinin başçısını Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov digər rəsmi şəxslər qarşıladılar.

Milli geyimli uşaqlar Belarus Prezidentinə gül dəstəsi təqdim etdilər.

Hava limanının ali qonaqlar üçün salonunda Prezident Aleksandr Lukaşenko Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov arasında qısa protokol görüşü oldu.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 3 iyun- S.  1.