Onkoloqların Birinci Türkiyə-Azərbaycan elmi-praktiki konfransının iştirakçıları Milli Onkologiya Mərkəzində olmuşlar

 

Bakıda keçirilən onkoloqların Birinci Türkiyə-Azərbaycan elmi-praktiki konfransının iştirakçıları iyunun 2-də Milli Onkologiya Mərkəzinin cərrahiyyə korpusu ilə tanış olmuşlar.

Mərkəzin direktor müavini Azad Əbdürrəhimov burada qonaqlara məlumat vermişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə əsası qoyulmuş mərkəzin cərrahiyyə korpusu ən müasir üslubda inşa edilmişdir. Bina 7 mərtəbədən və kürsü qatından ibarətdir. Binanın ümumi sahəsi 26 min kvadratmetrdir. Korpusda 190 çarpayılıq 110 palata, 8 əməliyyat, 23 sarğı otağı vardır.

Birinci mərtəbədə qəbul şöbəsi, inzibati otaqlar, mühasibatlıq, dəftərxana, elmi hissə, kitabxana, kafe, aptek fəaliyyət göstərir. İkinci mərtəbədə ümumi onkologiya, üçüncü mərtəbədə onkoginekologiya torakal onkologiya, dördüncü mərtəbədə abdominal onkologiya, beşinci mərtəbədə baş-burun şişləri onkourologiya şöbələri, altıncı mərtəbədə reanimasiya şöbəsi, yeddinci mərtəbədə isə iki əməliyyat bloku yerləşir. Korpusun kürsü qatında mərkəzi sterilləşdirmə şöbəsi, qan bankı, ambulator sarğı otaqları, təsərrüfat sahəsi digər otaqlar vardır.

Əsasən Almaniya istehsalı olan ən müasir avadanlığın quraşdırıldığı bina yanğından mühafizə, rabitə, havalandırma videomüşahidə sistemləri ilə təchiz edilmişdir.

Əməliyyat blokları ilə tanışlıq zamanı qonaqlara məlumat verilmişdir ki, ən müasir standartlara uyğun əməliyyat otaqlarında bütün qapılar avtomat üsulla tənzimlənir. Paslanmaya, yanğına, rentgen şüalarına davamlı olan xüsusi metaldan üzlənmiş divarların konstruksiyası maqnit yapışdırılması üsulu ilə hazırlanmışdır. Bu, sterillik üçün çox vacib amildir. Bildirilmişdir ki, əməliyyat otaqları istiliyin divarlardan verilməsi ilə qızdırılır. Bu nadir metodun tətbiqinə dünyada son vaxtlar başlanılmışdır. Buradakı cərrahiyyə stolları da özünəməxsusluğu ilə seçilir. Hərəkət edən bu stollar palatadakı xəstələrin yanına aparılır. Xəstələr stolun üzərində yerləşdirildikdən sonra əməliyyat otağına gətirilir. LED lampaları da Azərbaycanda ilk dəfə buradakı əməliyyat otaqlarında quraşdırılmışdır. Müxtəlif ölçülü bu lampalar 5 min kilolüksə qədər işıq verə bilir. Bu lampaların üstün cəhəti odur ki, işıqlandırma zamanı kölgə istilik yaranmır.

Blokdakı otaqların bütün mexanizm avadanlığı təlimatları Azərbaycan dilində yazılmış bir lövhədən idarə olunur. Əməliyyat otaqlarında anesteziologiya elektrocərrahiyyə cihazları, xəstənin həyat fəaliyyətinə nəzarət etmək üçün xüsusi monitorlar digər avadanlıq quraşdırılmışdır. Əməliyyat üçün alətlər kürsü qatında yerləşən sterilləşdirmə şöbəsindən xüsusi lift ilə birbaşa əməliyyat blokuna gətirilir. Sonra qonaqlar reanimasiya ümumi onkologiya şöbələrində olmuşlar.

Bildirilmişdir ki, reanimasiya şöbəsinin divarları şüşədəndir. Bu, cərrahiyyə əməliyyatından sonra intensiv terapiyanın yüksək səviyyədə həyata keçirilməsinə imkan yaradır. Bundan əlavə, reanimasiya şöbəsində təcili analizlər aparan laboratoriya fəaliyyət göstərir. Vurğulanmışdır ki, bundan əlavə, mərkəzdə rəqəmli rentgen aparatı, ultrasəs müayinəsi digər cihazlar quraşdırılmışdır.

Diqqətə çatdırılmışdır ki, Milli Onkologiya Mərkəzinin uşaq onkologiyası korpusunda hazırda tikinti-quraşdırma işləri davam etdirilir. Korpus yaxın vaxtlarda istifadəyə veriləcəkdir. Tanışlıq zamanı Türkiyə Hematologiya Cəmiyyətinin üzvləri mərkəzdə yaradılmış şəraiti yüksək qiymətləndirmişlər.

 

* * *

 

Milli Onkologiya Mərkəzi Türkiyə Hematologiya Cəmiyyətinin birgə təşkilatçılığı ilə Bakıda onkoloqların Birinci Türkiyə-Azərbaycan elmi-praktik konfransı iyunun 2-də başa çatmışdır. Konfransın yekununda tədbirin yüksək səviyyədə keçirildiyi qeyd edilmiş, iki ölkənin müvafiq səhiyyə qurumları arasında əməkdaşlığın inkişafında rolu yüksək qiymətləndirilmişdir. Sonda konfrans iştirakçılarına sertifikatlar təqdim edilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 3 iyun- S.  4.