Beynəlxalq əlaqələrini
genişləndirən AzərTAc
ilə Yaponiyanın Kyodo agentliyi arasında əməkdaşlığa
dair saziş imzalanmışdır
Beynəlxalq əlaqələrini genişləndirən Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc) ilə Yaponiyanın Kyodo Xəbər Agentliyi arasında əməkdaşlıq haqqında saziş imzalanmışdır.
İndiyədək Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatı (OANA) çərçivəsində əməkdaşlıq edən AzərTAc və Kyodo bundan belə birbaşa əlaqə saxlayaraq düzgün və qərəzsiz xəbərlərin dünyaya yayılması məqsədilə əməkdaşlıq əlaqələrini daha da inkişaf etdirəcəklər.
Sazişə əsasən, tərəflər öz ölkələrində baş verən mühüm hadisələrin qarşılıqlı surətdə işıqlandırılmasında bir-birinə kömək göstərəcək, müntəzəm xəbər mübadiləsi aparacaqlar. Bundan əlavə, tərəflər foto, audio, video xəbər xidməti ilə bağlı əməkdaşlıq edəcəklər.
Azərbaycan həqiqətlərinin dünya
informasiya məkanında
daha geniş yayılmasını təmin
etmək üçün
Avropanın və Asiyanın müxtəlif ölkələrinin aparıcı
xəbər agentlikləri
ilə birbaşa əlaqələrin qurulması
və bu əməkdaşlığın daha da genişləndirilməsi
AzərTAc-ın
fəaliyyətinin əsas
istiqamətlərindən biridir.
Dünyanın ən nüfuzlu agentliklərindən
olan Kyodo ilə imzalanmış saziş də bu baxımdan faydalı olacaqdır. Kyodo da, AzərTAc
da xarici tərəfdaşları ilə
informasiya mübadiləsinə
xüsusi əhəmiyyət
verir. Hər iki agentliyin bir çox ölkədə müxbir
məntəqələri fəaliyyət
göstərir.
Azərbaycan.- 2010.- 3 iyun- S.
7.